26 Ekim 2026

Abzas Media

https://www.facebook.com/share/v/1PCXorigdZ

Türkiyə Böyük Millət Məclisinin DEM Partiyasından olan deputatı Ömer Faruk Gergerlioğlu Azərbaycana girişinin qadağan edilməsini İlham Əliyev hakimiyyətini və ölkədə hicabla bağlı tətbiq olunan məhdudiyyətləri tənqid etməsi ilə əlaqələndirir. Oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi deputat da daxil olmaqla 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan edib. Gergerlioğlu “Abzas Media”ya müsahibəsində bildirib ki, Azərbaycanda məktəbli qızların hicabla təhsil müəssisələrinə buraxılmaması məsələsini bir toplantıda da gündəmə gətirib. Onun sözlərinə görə, bundan sonra Azərbaycan hakimiyyəti iki Türkiyə deputatının ölkəyə girişini qadağan etməklə diplomatik gərginliyə səbəb ola biləcək addım atıb. Deputat bu qərarı Türkiyə parlamentinə qarşı hörmətsizlik adlandırıb.

Yorumlar